Messi 8 ildən sonra da “Qızıl top” qazansa…
30.11.2021 - 09:31
Lionel Messi “Qızıl top” qazanan ikinci ən yaşlı futbolçu olub.
Apasport.az saytının məlumatına görə, argentinalı 34 yaş 158 günlüyündə bu uğura imza atıb.
O, bu göstəricidə ikinci olan Lev Yaşini arxada qoyub. Əfsanəvi qapıçı 34 yaş 56 günlüyündə “Qızıl top”la mükafatlandırılıb.
Yalnız bir futbolçu daha “qoca” ikən bu mükafata layiq olub. Stenli Metyuz 41 yaş 321 günlüyündə ən yaxşı seçilib. Messi bu rekordu qırmaq üçün 8 ildən sonra da “Qızıl top” qazanmalıdır.
Qeyd edək ki, Lionel karyerasında 7-ci dəfə bu mükafatı alıb.
0
0