Messi karantinə alınacaq – Argentinada
12.03.2020 - 09:34
DÇ-2022-nin Cənubi Amerika zonasının seçmə mərhələ oyunları üçün Argentina millisinə Avropadan çağırılan futbolçular karantinə alınacaq.
Apasport.az saytının məlumatına görə, bunu ölkənin idman və turizm naziri Matias Lammens deyib.
O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, yığmaya qoşulmaq üçün gələcək futbolçular 14 ərzində karantin şəraitində olacaqlar: “Əgər qaydalara əməl etməsəniz, ictimai sağlamlığa təhlükə yaradan bir cinayət törətmiş olacaqsınız”.
Qeyd edək ki, milliyə qarşıdakı oyunlar üçün çağırılan oyunçular arasında kapitan Lionel Messi də var.
0
0