Fransa Liqa1-nin XII turunda “Lill” ilə qarşılaşan PSJ 2:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, start heyətində meydana daxil olan parislilərin hücumçusu Lionel Messi yenə fərqlənə bilməyib və fasilədən sonra əvəzlənib.
Beləliklə, Liqa1-də mövsümün startından bəri 5-ci matçına çıxan argentinalı superulduz yenə meydanı qolsuz və assistsiz tərk edib. 34 yaşlı oyunçu 2005/06 mövsümündən bəri ilk dəfə ölkə çempionatında noyabra qədər nə qol vura, nə də məhsuldar ötürmə verə bilir. O, 16 ildən sonra birinci dəfə belə uğursuz startla yadda qalıb.
PSJ-nin baş məşqçisi Mauritsio Poçettino isə fasilədən sonra Messini əvəzləməsinə aydınlıq gətirib: “O, oyunu davam etdirə bilmədi. Risk etməmək üçün belə qərara gəldik. Leo növbəti görüşə hazır olacaq”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir