Messinin komanda yoldaşı koronavirusa yoluxdu
15.03.2020 - 15:11
Messinin komanda yoldaşı koronavirusa yoluxdu

Daha bir futbolçuda koronavirus xəstəliyi aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, "Valensiya"nın müdafiəçisi Ezekyel Qarayın testlərinin cavabı müsbət çıxıb.

Bu səbəbdən 34 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib. Lionel Messinin kapitanı olduğu Argentina millisinin üzvünün müalicəsinə başlanılıb. İspaniyanın digər klubları kimi, "Valensiya" da karantinə alınıb.

Qeyd edək ki, buna qədər son olaraq "Milan"ın hücumçusu Zlatan İbrahimoviçin koronavirus xəstəliyinə yoluxduğu açıqlanıb.