Messinin şərəfinə 7 qızıl keçi
30.11.2021 - 22:19
Messinin şərəfinə 7 qızıl keçi

Fransanın paytaxtı Parisdə PSJ-nin hücumçusu Lionel Messinin yeddinci “Qızıl top”u qazanmasının şərəfinə maraqlı kampaniya keçirilib.

Apasport.az saytının məlumatına görə, Eyfel qülləsinin qarşısında yeddi qızıl keçi heykəli nümayiş etdirilib.

GOAT abbreviaturası bütün zamanların ən yaxşısı - tarixin ən yaxşısı sayılır. Messi isə dünən məhz Fransanın paytaxtında “France Football” tərəfindən təşkil edilən mərasimdə 2021-ci ilin “Qızıl top”una sahib çıxıb.

Qeyd edək ki, səsvermə zamanı Robert Levandovski (“Bavariya”) 2-ci, Jorjinyo (“Çelsi”) isə 3-cü yeri tutub.