Məğlubiyyətdən sonra pulsuz yemək payladılar
05.02.2022 - 12:16
Məğlubiyyətdən sonra pulsuz yemək payladılar

İngiltərə kubokunun 1/8 final mərhələsində keçirilən “Mançester Yunayted” – “Midlsbro” oyunundan əvvəl problem yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Old Trafford”dakı qarşılaşmanın startına az qalmış arenanın elektrik enerjisi gözlənilmədən güclənib.

Bu, stadionun bəzi sistemlərinin, o cümlədən yemək və içki köşklərindəki kassa aparatlarının sıradan çıxmasına səbəb olub. Nəticədə görüş zamanı yemək və içkiləri satmaq mümkün olmayıb. Rəhbərlik isə bunu sığortalamaq üçün matçdan sonra stadiondan çıxarkən bütün isti və tez xarab ola biləcək yeməkləri azarkeşlərə pulsuz paylamaq qərarına gəlib.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında aşağı liqa təmsilçisinə 7:8 hesabı ilə məğlub olan “Mançester Yunayted” mübarizəni dayandırıb.