Məhsuldar gün – 3 oyunda 13 qol
13.02.2020 - 16:51
Məhsuldar gün – 3 oyunda 13 qol

Birinci divizionda XV tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 3 görüş keçirilib.

“Keşlə-2” Gəncədə “Kəpəz”lə görüşdə məğlubiyyətdən son anda qurtulub.

Orta sıralarda qərarlaşan “Neftçi” ilə “Sumqayıt”ın ikinci komandalarının duelində birincilər 4 cavabsız qolla qalib gəliblər.

“Turan Tovuz” isə autsayder “Qaradağ Lökbatan”ı minimal hesabla üstələyib.

Ümumilikdə məhsuldar gün alınıb. Baş tutan 3 qarşılaşmada qapılardan 13 top keçirilib.

Turun “Zirə-2” – “Sabah-2” və “Zaqatala” – “Qarabağ-2” oyunları sabah keçiriləcək. “Ağsu” çempionatdan çıxarıldığından, “Səbail-2”yə texniki qələbə verilib.

I divizion
XV tur
13 fevral
"Kəpəz" - "Keşlə-2" - 3:3

Tural Qürbətov, 35, 67; Ümid Səmədov, 43 - Elmir Rəhimzadə, 11 (pen.), 90+5; Pərviz Azadov, 64

"Neftçi-2" - "Sumqayıt-2" - 4:0
Vüsal Əsgərov, 25; İsmayıl Zülfüqarlı, 47; İlyas İlyasov, 66 (avtoqol); Muxtar Əliyev, 67

"Qaradağ Lökbatan" - "Turan Tovuz" - 1:2
Rüstəm Nuriyev, 55 (avotoqol) - Fərid Məmmədov, 14; Aqşin Muxtaroğlu, 27

1

Səbail-2

13

8

4

1

26-9

28

2

Sabah-2

13

8

1

4

21-15

25

3

Zaqatala

13

8

1

4

23-13

25

4

Turan Tovuz

13

8

1

4

23-16

25

5

Neftçi-2

13

6

3

4

17-11

21

6

Kəpəz

13

6

3

4

15-13

21

7

Sumqayıt-2

13

6

3

4

17-16

21

8

Keşlə-2

13

5

3

5

19-16

18

9

Qarabağ-2

12

5

0

7

26-18

15

10

MOİK

13

3

4

6

14-19

13

11

Ağsu

13

4

1

8

13-30

13

12

Zirə-2

13

3

1

9

16-31

10

13

Qaradağ Lökbatan

13

1

1

11

5-28

4

Bombardir: Musa Qurbanlı ("Qarabağ-2") - 13 qol