Milan derbisinə yetişməyə çalışır - İbrahimoviç
07.02.2020 - 00:00
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç Milan derbisinə qədər sıraya dönmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, zədə ucbatından "Verona" ilə son matçı buraxan isveçli forvard fərdi məşqlərin intensivliyini artırıb.
Həftənin əvvəlində ayağında yenidən ağrılar hiss etməsinə baxmayaraq, 38 yaşlı futbolçu tez sağalmaq üçün daha çox məşq edir. Onun bu əzmkarlıqla həftəsonuna qədər kollektivə qoşulması gözlənilir.
Qeyd edək ki, A seriyasının XXIII turu çərçivəsində "İnter" - "Milan" oyunu fevralın 9-da baş tutacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0