Milinkoviç-Saviç Parisə gəldi, amma...
08.03.2022 - 23:43
Serbiya millisinin və “Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç Parisə səfər edib.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hədəfində olan yarımmüdafiəçi klub nümayəndələri ilə görüşməyib.
Səfərinin səbəbi açıqlanmayan futbolçunun agenti Matey Kejman fransalılarla danışıqları davam etdirir. Müqaviləsi 2024-cü ilin yayında başa çatacaq 27 yaşlı serbin transfer qiyməti 70 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Sergey cari mövsümün 37 matçında 8 qol və 10 assistə imza atıb.
0
0