Milli komanda “Neftçi” ilə bacarmadı
28.02.2020 - 21:49
Milli komanda “Neftçi” ilə bacarmadı

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, millimiz bu gün “Neftçi-2” komandası ilə üz-üzə gəlib.

Görüş yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un heyətində Camal Cəfərov fərqlənib.

Qeyd edək ki, dünən milli komanda “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Yığmamız 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.