Milli komanda Estoniyaya uduzdu
05.09.2019 - 21:18
Milli komanda Estoniyaya uduzdu

Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Çimərlik Futbolu Liqasının Super final mərhələsinə start verilib.

APA-nın məlumatına görə, Azərbaycan yığması həlledici mərhələyə uğursuz başlayıb.

Komanda ilk turda Estoniya yığması ilə qarşılaşıb. Milli əlavə vaxtda məğlub olub - 3:4.

Azərbaycan komandasında Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.

Qeyd edək ki, milli sabah Rumıniya yığması ilə qarşılaşacaq.

Çimərlik futbol Super final məğlubiyyət