Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli komanda ilə görüşüb.
Apasport.az saytının məlumatına görə, ölkə başçısının futbolçularla görüşü videokonfrans şəklində reallaşıb.
İclasa gənclər və idman naziri Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və yığmanın baş məşqçisi Şenol Günəş də qatılıb. Ərdoğan koronavirus pandemiyası ilə əlaqədar Super Liqada yaranmış məcburi fasiləni vurğulayaraq, futbolçulara səslənib. Türkiyə Prezidenti ölkədəki son durumla bağlı oyunçuları məlumatlandırıb və çempionatın taleyi ilə bağlı bəzi məsləhətlər verib.
Qeyd edək ki, Türkiyə Super Liqasında mübarizə XXVI turdan sonra dayandırılıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı