UEFA-ya üzv olan bütün ölkələrin milli komandaları tarixində qol vuran ən yaşlı futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 55 yığmanın oyunçuları arasında ən yaşlı 19 qolçunu təqdim edib.
İki gün əvvəl Qətərlə keçirilən yoldaşlıq görüşündə (3:0) fərqlənən Portuqaliya yığmasının müdafiəçisi Joze Fonte də bu siyahıya düşməyi bacarıb. 37 yaş 291 günlüyündə fərqlənən Fonte milli komandalar tarixinin ən yaşlı 18-ci qol vuran oyunçusudur. O, ölkəsi Portuqaliya yığmasının isə bu baxımdan rekordçusuna çevrilib.
Siyahıya isə ingiltərəli Stenli Mettyu başçılıq edir. O, 1956-cı ildə Şimali İrlandiya (1:1) ilə qarşılaşmada fərqlənəndə 41 yaş 248 günlüyündə olub. Baxtiyar Bayseyitov (Qazaxıstan – 39 yaş 311 gün) ikinci, Morten Olsen (Danimarka - 39 yaş 308 gün) isə üçüncü pillədə qərarlaşıb.
İsveç millisinə qayıdan Zlatan İbrahimoviç qol vura bilsə, Mettyu ilə yanaşı, 40 yaşdan sonra qol vuran ikinci futbolçu olacaq.
|
1 |
Stenli Mettyu |
İngiltərə |
41 yaş 248 gün |
|
2 |
Baxtiyar Bayseyitov |
Qazaxıstan |
39 yaş 311 gün |
|
3 |
Morten Olsen |
Danimarka |
39 yaş 308 gün |
|
4 |
Yari Litmanen |
Finlandiya |
39 yaş 270 gün |
|
5 |
Mimis Domazos |
Yunanıstan |
38 yaş 294 gün |
|
6 |
Arçibald Qudall |
İrlandiya |
38 yaş 282 gün |
|
7 |
İvitsa Vastiç |
Avstriya |
38 yaş 257 gün |
|
8 |
Yan Heyntze |
Danimarka |
38 yaş 243 gün |
|
9 |
Billi Meredit |
Uels |
38 yaş 230 gün |
|
10 |
Vitali Astafyev |
Latviya |
38 yaş 159 gün |
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər