Milli üzvü paytaxt klubunun “qara siyahı”sında
23.03.2022 - 15:42
Milli üzvü paytaxt klubunun “qara siyahı”sında

“Roma”nın yarımmüdafiəçisi Cordan Veretu yayda klubunu dəyişəcək.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı orta sahə oyunçusu baş məşqçi Joze Mourinyonun gələcək planlarına daxil edilməyib.

Fransa millisinin üzvü ötən ilin noyabrında 2024-cü ilin yayına qədər olan müqavilənin uzadılması təklifini rədd edib. Artıq Mourinyo onun yayda satılmasını istəyib. Paytaxt təmsilçisi Veretunun transferindən təxminən 15 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Cordan Veretu bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol, 9 assistlə yadda qalıb.

0