Millidə ayağı qırıldı – Bundesliqa klubunun yeni transferinin
11.10.2020 - 12:36
Millidə ayağı qırıldı – Bundesliqa klubunun yeni transferinin

Almaniyanın “Bayer” klubunun futbolçusu Santyaqo Arias uzun müddətə sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi Kolumbiya millisinin heyətində zədələnib.

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika üzrə zonasında Venesuela ilə keçirilən qarşılaşmanın 12-ci dəqiqəsində əvəzlənən 28 yaşlı oyunçunun ayağında sınıq aşkarlanıb. Leverkuzen klubu Ariasın ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, “Bayer” Santiaqo Ariası ötən ayın sonlarında İspaniya klubu “Atletiko”dan icarəyə götürüb.

0