Millidə dəyişiklik – “Qarabağ”ın futbolçusuna dəvət
01.09.2021 - 11:20
Millidə dəyişiklik – “Qarabağ”ın futbolçusuna dəvət

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığmaya daha bir oyunçu cəlb edilib.

İlkin Cəfərli komandanın düşərgəsinə qoşulub. “Qarabağ” klubunun üzvü komandanın hazırlıqlarında iştirak edəcək.

Qeyd edək ki, U-17 Türkiyə ilə iki yoldaşlıq oyunu keçirəcək.