“Azərbaycanda ilin futbolçusu deyə biləcəyim yalnız bir nəfər var”.
Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında millimizin və “Sumqayıt” klubunun qapıçısı Mehdi Cənnətov deyib.
28 yaşlı qolkiper koronavirus pandemiyası səbəbindən Premyer Liqanın II yarısının böyük hissəsinin ləğv edildiyini əsas gətirərək, seçim etməkdə çətinlik çəkdiyini söyləyib: “Çox çətin sualdır. Bu il hamı üçün heç də yaxşı keçmədi. Koronavirusa görə ötən mövsümün müəyyən hissəsi ləğv edildisə, cari mövsüm də hələ tam yarılanmayıb. Yarım il futboldan ayrı düşdüyümüz üçün bir qədər çətinlik çəkirəm”.
Cənnətov yenə də öz seçimini açıqlayıb. O, millidəki rəqibi olan “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevi fərqləndirib: “Şəxsən mən Şahrudini üstün tutardım. Niyə onun adını çəkirəm? O, millinin xal qazanmasına və “Qarabağ”ın Avropa Liqasında qrup mərhələsinə vəsiqə əldə etməsinə kömək olub. Şahrudindən başqa seçəcəyim başqa futbolçu yoxdur”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”