Millidən çıxarıldı - "Qəbələ"nin futbolçusu
02.02.2020 - 15:15
Millidən çıxarıldı - "Qəbələ"nin futbolçusu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, bir futbolçu təlim-məşq toplanışına çağırılan heyətdən çıxarılıb.

"Qəbələ"nin oyunçusu Sənan Qərimov yığmadan kənarda qalıb. Buna səbəb onun səhhətində problem yaşamasıdır.

Qərimov bu gündən Türkiyənin Antalya şəhərində başlayan təlim-məşq toplanışına aparılmayıb.