Millidən uzaqlaşdırılmağın əsas səbəbi – içki və qadın
18.01.2022 - 10:53
Millidən uzaqlaşdırılmağın əsas səbəbi – içki və qadın

Afrika Millətlər Kubokunda iştirak edən Qabon millisinin iki aparıcı futbolçusu Pyerr-Emerik Obameyanq və Mario Leminanın heyətdən kənarlaşdırılmasının əsl səbəbi müəyyənləşib.

Apaport.az saytının məlumatına görə, adıçəkilən oyunçuların yerli federasiyanın açıqladığı kimi, koronavirusa yoluxduqdan sonra ürəklərində yaranan narahatlıq üzündən düşərgəni tərk etmələri reallıqdan uzaqdır.

Məsələ burasındadır ki, Obameyanq və Lemina təxminən səhər saat 5-də qaldıqları otelə sərxoş vəziyyətdə girib, yanlarında qadınla otağa çıxmağa çalışıblar. Qabon Futbol Federasiyasının rəhbərliyi hadisədən xəbər tutan kimi, onları heyətdən kənarlaşdırıb. Lakin məsələnin digər futbolçulara mənfi təsir göstərməməsi və oyunçuların klublarında problem yaşamaması üçün federasiya onların səhhətindəki narahatlığı qabardıb.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq “Arsenal”ın, sabiq “Qalatasaray”lı Mario Lemina isə “Nitsa”nın formasını geyinir.