Milliləşdirildi – fransalı müdafiəçi
12.05.2021 - 22:06
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Emerik Laport İspaniya vətəndaşlığı alıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçinin milliləşdirilməsi Nazirlər şurası tərəfindən təsdiqlənib.
Bunun təşəbbüskarı İspaniya millisinin baş məşqçisi Luis Enrike olub. Mütəxəssis ölkənin futbol federasiyasından milliləşmə ilə bağlı xahiş edib.
Nəticədə Laport İspaniya vətəndaşlığı alıb. Müdafiəçi artıq AVRO-2020-də İspaniya yığmasının şərəfini qoruya biləcək.
Qeyd edək ki, bask əsilli müdafiəçi Fransanın gənclər yığmasında 19 oyun keçirsə də, əsas komandaya düşə bilməyib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0