Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız noyabrın 11-də Lüksemburqu qəbul edəcək.
Bu matç iki rəqib arasında 7-ci qarşılaşma olacaq. Əvvəlki oyunlarda “cırtdan”lar üstündür.
Cəmi 1 qələbəsi olan yığmamız 3 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi də rəqibin xeyrinədir. 5 qol vuran futbolçularımız 6 top buraxıb.
Yığmamız yeganə qələbəsini 11 il əvvəl yoldaşlıq oyununda qazanıb. Sonrakı 5 matçda qalib gələ bilməyən milli rəsmi turnirlərdə qələbə həsrətindədir.
Yoldaşlıq oyunu
03.03.2010. Lüksemburq – Azərbaycan – 1:2
Ceff Ştrasser, 34 // Fərid Quliyev, 28, Elvin Məmmədov, 37
DÇ-2014-ün seçmə mərhələsi
22.03.2013. Azərbaycan – Lüksemburq – 1:1
Ruslan Abışov, 71 // Stefano Bensi, 79
07.06.2013. Lüksemburq – Azərbaycan – 0:0
Millətlər Liqası
05.09.2020. Lüksemburq – Azərbaycan – 0:0
17.11.2020. Azərbaycan – Lüksemburq – 1:2
Ramil Şeydayev, 43 // Anton Krivotsyuk, 48 (avtoqol), Jerson Rodriges, 72 (pen.)
DÇ-2022-nin seçmə mərhələsi
01.09.2022. Lüksemburq – Azərbaycan – 2:1
Mika Pinto, 8, Jerson Rodriges, 28 (pen.) // Emin Mahmudov, 67