Millimiz böyük hesabla uduzdu
11.03.2022 - 17:21
Millimiz böyük hesabla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Şimali Makedoniya ilə qarşılaşıb.

Albaniyada təşkil olunan matç Zamir Həsənovun yetirmələri üçün uğursuz alınıb. 0:3 hesabı ilə uduzan yığmamız turnir cədvəlində sonuncu pilləyə yuvarlanıb.

Qeyd edək ki, ilk turda Albaniyaya 0:1 hesabı ilə uduzan Azərbaycan millisi martın 14-dəki son qarşılaşmasında Şotlandiya ilə üz-üzə gələcək.