Millimiz yenə uduzdu
07.04.2022 - 19:09
Millimiz yenə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2023-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşıb.

Avropa zonası üzrə E qrupunda mübarizə aparan Siyasət Əsgərovun yetirmələri Sarayevodakı matça ikinci qələbə arzusu ilə çıxıb. Son pillədən qurtulmaq üçün qalib gəlməyə borclu olan millimiz bu dəfə də uduzub. Rəqibin heyətində 90+4-cü dəqiqədə Milena Nikoliç qələbə topunu vurub. 

7-ci oyununda 6-cı dəfə məğlub olan komanda üç xalla sonuncu pillədə qalıb. Yığmamız bosniyalılardan 4, Maltadan 1 xal geri qalır.

Qeyd edək ki, Rusiya yığması FİFA və UEFA tərəfindən bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.

DÇ-2023-ün seçmə mərhələsi
Avropa zonası, E qrupu
7 aprel
17:00. Bosniya və Herseqovina – Azərbaycan - 1:0
Baş hakim:
Korsti Dovl (İngiltərə)
Sarayevo. Qrbavitsa stadionu

1

Danimarka

6

6

0

0

34-2

18

2

Rusiya

6

5

0

1

19-3

15

3

Monteneqro

6

3

0

3

8-13

9

4

Bosniya və H.

7

2

1

4

6-20

7

5

Malta

6

1

1

4

4-16

4

6

Azərbaycan

7

1

0

6

2-19

3