Millimizdən ilk qələbə
30.11.2021 - 20:16
Millimizdən ilk qələbə

Qadınlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsində mübarizə aparan yığmamız Monteneqro ilə görüşüb.

“Dalğa Arena”da keçirilən qarşılaşma yığmamız üçün uğurlu alınıb. Bunadək keçirdiyi 5 matçda uduzan Siyasət Əsgərovun yetirmələri ilk qələbəsini qazanıb. Millimiz Ayşən Əhmədovanın ilk yarıda vurduğu qolla qalib gəlib.

Qeyd edək ki, qrupun bu gün baş tutan Bosniya və Herseqovina – Malta oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Bakı vaxtı ilə saat 21:00-da qrupun liderləri Danimarka və Rusiya üz-üzə gələcək.

DÇ-2023-ün seçmə mərhələsi
Avropa zonası, E qrupu
30 noyabr
18:00. Azərbaycan – Monteneqro – 1:0
Baş hakim:
Emanuela Rusta (Albaniya)
Qol: Ayşən Əhmədova, 24
Bakı. “Dalğa Arena”

1

Danimarka

5

5

0

0

31-1

15

2

Rusiya

5

5

0

0

18-0

15

3

Monteneqro

6

3

0

3

8-13

9

4

Bosniya və H.

6

1

1

4

5-20

4

5

Malta

6

1

1

4

4-16

4

6

Azərbaycan

6

1

0

5

2-18

3