Millimizi nə gözləyir? – FİFA reytinqində
30.08.2021 - 22:22
Millimizi nə gözləyir? – FİFA reytinqində

Azərbaycan millisinin sentyabr perspektivi bəlli olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək üç matçın yığmamızın FİFA reytinqinə təsiri müəyyənləşib.

Canni de Byazinin yetirmələri Lüksemburq və İrlandiya ilə səfər, Portuqaliyalı ilə ev görüşündə maksimum 55 xal (54,6) toplamaq imkanına malikdir. Bu, hər üç görüşdəki qələbə təqdirində mümkündür.

Hər üç qarşılaşmadakı məğlubiyyət isə ciddi itki ilə nəticələnəcək. Yığmamız maksimum 20 xal (20,4) itirmək qorxusu ilə üz-üzədir.

De Byazinin yetirmələri hər görüşdə uduzmasa da, xal qazanacaq. Hər üç heç-heçə millinin xeyrinə olacaq.

 

Qələbə

Heç-heçə

Məğlubiyyət

Lüksemburq

14,2

1,7

-10,8

İrlandiya

18,4

5,9

-6,6

Portuqaliya

22,0

9,5

-3,0

Qeyd edək ki, yığmamız sentyabrın 1-də Lüksemburqla, 4-də İrlandiya ilə, 7-də Portuqaliyalı ilə qarşılaşacaq.

0