Millimizin Xorvatiyadakı qazancı açıqlandı
04.02.2020 - 09:27
Millimizin Xorvatiyadakı qazancı açıqlandı

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2020-nin elit-raundunda çıxışını başa vuran Azərbaycan yığması dünyanın 13-cü komandasıdır.

Joze Alesionun yetirmələrinin hesabında 1418 xal var. Elit-raundda keçirilən üç qarşılaşma yığmamızın xal hesabını artırıb.

Xorvatiyada təşkil olunan C qrupumun matçlarına qədər 1396 xala malik milli meydan sahiblərinə 0:2 uduzub, Rusiyanı 4:3 hesabı ilə qalib gəlib və Slovakiya ilə heç-heçə edib – 3:3. Nəticədə yığmamız uğursuz çıxışa baxmayaraq, reytinqə 22 xal əlavə edib.

Lakin bu qazanc siyahıdakı mövqeyimizə təsir etməyib. Azərbaycan 13-cü sırada qalıb.

Yığma Avropa ölkələri arasında 8-ci yerdə qalıb. Milli ən yaxın izləyicisi Serbiyadan 26 xal öndədir. 12-ci olan Paraqvayla xal fərqi isə 25-ə enib

Qeyd edək ki, siyahının ilk pilləsində 1839 xala malik Braziliya qərarlaşıb. İspaniya 1787 xalla 2-ci, İranı keçən Argentina 1644 xala malikdir.