Superağır çəkili boksçular arasında dünya çempionu Entoni Coşua bu idman növündə uğur qazana biləcək futbolçunu açıqlayıb.
Apasport.az saytının məlumatına görə, böyük britaniyalı idmançı “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kində böyük boks potensialı görür.
Coşua vaxtilə bu idman növü ilə məşğul olan futbol veteranının uğurlar qazana biləcəyini də vurğulayıb: “Əgər mən dahi boksçu ola biləcək futbolçunu seçsəm, bu, Roy Kin olardı”.
Maraqlıdır ki, Kin Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən olub. AFFA-nın millimizə gətirmək istədiyi “perspektivli boksçu” məktəb illərində bu idman növü ilə məşğul olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”