“Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O, DÇ-2023-ün seçmə mərhələsinin Monteneqro ilə oyunu barədə fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb. Əsgərov 1:0 hesablı qələbəyə şərh verib: “Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik. Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.
Monteneqro milli komandasının baş məşqçisi Mirko Maric də qarşılaşma barədə fikirlərini açıqlayıb: “Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.