Bu gün Azərbaycan millisinin baş məşqçisinin taleyinə aydınlıq gələcək.
Apasport.az saytının məlumatına görə, AFFA-nın İcraiyyə Komitəsi yığmanın çalışdırıcısı Canni de Byazini postunda saxlayıb-saxlamamaq barədə qərar verəcək.
Qurum bu posta ya yeni mütəxəssis gətirəcək, ya da italiyalıya yenidən etimad göstərəcək. De Byazinin millidəki nəticələrinə baxsaq, italiyalı komandanın tarixində 9-cudur.
O, 17 baş məşqçi arasında ekvatoru xatırladır. 8 mütəxəssisi üstələyən italiyalı 8 məşqçidən geri qalır.
Millimiz onunla keçirdiyi 20 matçda 2 qələbə və 6 heç-heçəyə imza atıb. Bu, mümkün olan 60 xaldan 12-si, yəni 20 faizlik göstərici deməkdir.
1992-ci ildən indiyədək yığmada işləyənlər arasında ən yaxşı göstərici Ələkbər Məmmədovdadır. Qurban Qurbanov ikinci, Robert Prosineçki üçüncüdür. Xorvatiyalı həm də legionerlər arasında ən yaxşıdır. De Byazi isə 6 əcnəbi arasında yalnız 4-cüdür.
Qeyd edək kİ, millini daha bir oyuna məşqçilər korpusu çıxarıb.
|
yer |
Məşqçi |
o |
q |
h |
m |
t/f |
x |
faiz |
|
1 |
Ələkbər Məmmədov |
4 |
3 |
1 |
0 |
9-5 |
10 |
0,83 |
|
2 |
Qurban Qurbanov |
12 |
4 |
5 |
3 |
14-12 |
17 |
0,47 |
|
3 |
Robert Prosineçki |
23 |
6 |
6 |
11 |
22-37 |
24 |
0,35 |
|
4 |
Şahin Diniyev |
20 |
4 |
7 |
9 |
12-36 |
19 |
0,32 |
|
5 |
Berti Foqts |
71 |
15 |
22 |
34 |
56-104 |
67 |
0,31 |
|
6 |
Kazbek Tuayev |
13 |
3 |
3 |
7 |
8-19 |
12 |
0,31 |
|
7 |
Vaqif Sadıqov |
33 |
7 |
9 |
17 |
22-48 |
30 |
0,3 |
|
8 |
Karlos Alberto Torres |
18 |
2 |
6 |
10 |
12-36 |
12 |
0,22 |
|
9 |
Canni de Byazi |
20 |
2 |
6 |
12 |
13-30 |
12 |
0,2 |
|
10 |
Əsgər Abdullayev |
13 |
1 |
4 |
8 |
8-24 |
7 |
0,18 |
|
11 |
İqor Ponomaryov |
15 |
2 |
2 |
11 |
8-24 |
8 |
0,18 |
|
12 |
Nikola Yurçeviç |
10 |
1 |
2 |
7 |
8-20 |
5 |
0,17 |
|
13 |
Əhməd Ələsgərov |
9 |
1 |
1 |
7 |
9-28 |
4 |
0,15 |
|
14 |
Qyoko Hacıyevski |
3 |
0 |
1 |
2 |
1-3 |
1 |
0,11 |
|
15 |
Ağasəlim Mircavadov |
9 |
0 |
0 |
9 |
3-29 |
0 |
0 |
|
16 |
Mahmud Qurbanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |
|
17 |
Nazim Süleymanov |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
0 |