Millimizin futbolçusu cəzalandı - İspaniyada
26.01.2020 - 23:36
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner “Albasete”nin heyətində meydana çıxıb.
Yarımmüdafiəçi Sequndanın XXV turunun “Deportivo” (La-Korunya) ilə ev matçında iştirak edib. Görüşə start heyətində başlayan E.İsrafilov 21-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Təmsilçimiz 77-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.
“Albasete” bu qarşılaşmada 0:1 hesabı ilə uduzub. 24 oyundan sonra hesabında 28 xal olan komanda 22 komanda arasında 16-cıdır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0