Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi”nin qonağı olacaq “Keşlə” tam heyətlə hazırlaşa bilmir.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Tərlan Əhmədov Bakı derbisi öncəsi yarımmüdafiəçi Ruslan Qurbanovun xidmətindən məhrumdur.
Antalya toplanışı zamanı zədələnən milli komandamızın üzvünün 2 həftəlik sıradan çıxdığı bildirilirdi. Lakin “Qəbələ” (2:1) və “Səbail”lə (0:1) oyunları buraxan 29 yaşlı oyunçunun dönüşü yubanır. Hələ də fərdi məşqlərlə kifayətlənən Qurbanov yaxın günlərdə kollektivə qoşulacaq. Onun “Neftçi” ilə matça yetişmək ehtimalı yüksək qiymətləndirilmir. Hətta “18-liy”ə salınsa belə, ən yaxşı halda ikinci hissədə meydana çıxmaq iqtidarında olacaq.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu fevralın 16-da “Bakcell Arena”da keçiriləcək.