“İlk hissədə meydanda yox idik. 3 qol standart vəziyyətdən buraxıldı”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç AVRO-2023-ün seçmə mərhələsində Xorvatiya ilə keçirilən oyun haqda danışarkən deyib.
Sumqayıtdakı “Kapital Bank Arena”da rəqibinə 1:5 hesabı ilə məğlub olan U-21-in qələbə həsrəti davam edib.
Serbiyalı mütəxəssisin biabırçı məğlubiyyətə şərhi belə olub: “Fasilədən sonra əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz. Xorvatiyanın bütün imkanları qolla nəticələndi. Səhvlərimiz var, onların üzərində çalışmalıyıq. Bu səhvləri necə düzəldə bilərəm? Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur”.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər