Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunları başlama saatı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmaların Mərkəzi Avropa Vaxtı ilə 18:00 və 20:45-də başlayacağını açıqlayıb.
İlk baxışdan Azərbaycan millisinin qarşılaşmalarının 21:00 və 23:45-də start götürəcəyi barədə təəssürat yarana bilər. Amma əsla belə deyil və bu ilkin fikir yanlışdır.
Çünki Avropa martda və oktyabrda saatları dəyişir. Söhbət qış vaxtından yay vaxtına və əksinə keçməkdən gedir.
Bu səbəbdən də noyabr-mart aylarında Avropa ilə Azərbaycan arasında üç, aprel-oktyabrda isə iki saat fərq olur. Çünki ölkəmizdə saatlar dəyişməz qalır.
Bu isə o deməkdir ki, ilk dörd turda – sentyabr və oktyabrdakı görüşlərdə qarşılaşmalar Bakı vaxtı ilə 21:00 deyil, 20:00 və 23:45 deyil, 22:45-də başlayacaq.
Komandamızın Lüksemburqla ilk turdakı ev oyunu 20:00, üç gün sonra Kiprlə səfər matçı 22:45-də start götürəcək. III turun Monteneqro ilə səfər görüşü də eyni vaxta təsadüf edəcək. Növbəti turun Lüksemburqdakı qarşılaşması isə 20:00-da başlayacaq.
Son 2 turda isə qarşılaşmalar 21:00 və 23:45-də başlayacaq.
I tur, 5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
20:00. Kipr - Monteneqro
II tur, 8 sentyabr
22:45. Kipr - Azərbaycan
22:45. Lüksemburq - Monteneqro
III tur, 9 oktyabr
22:45. Monteneqro - Azərbaycan
22:45. Lüksemburq – Kipr
IV tur, 12 oktyabr
20:00. Azərbaycan – Kipr
22:45. Monteneqro - Lüksemburq
V tur, 12 noyabr
21:00. Azərbaycan - Monteneqro
23:45. Kipr – Lüksemburq
VI tur, 15 noyabr
23:45. Lüksemburq - Azərbaycan
23:45. Monteneqro - Kipr