Millimizin oyunlarına bilet satışı başlanıldı: 15 avrodan...
27.11.2021 - 14:07
Millimizin oyunlarına bilet satışı başlanıldı: 15 avrodan...

2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millimizin də iştirakçısı olacağı qrup oyunlarını izləmək istəyənlər 15 avrolarından keçəcək.

Elə 1/4 final görüşlərinin qiyməti də bu qədərdir. Yarımfinal matçlarına biletlərin satış qiyməti 20 avro, final və 3-cü yer uğrunda qarşılaşmanın dəyəri isə 25 avrodur.

Qeyd edək ki, D qrupunda yer alan Azərbaycan millisi yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Komandamız qrupdakı ilk iki oyunu Qroningendəki “Martina Plaza”da, son matçını isə Amsterdamdakı “Ziggo Dome”də keçirəcək.