Millimizin potensial rəqibində müvəqqəti baş məşqçi
09.03.2022 - 11:14
Millimizin potensial rəqibində müvəqqəti baş məşqçi

Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsindəki potensial rəqibi Qazaxıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyası bu posta Andrey Karpoviçi gətirib.

41 yaşlı mütəxəssis müvəqqəti baş məşqçi təyin olunub. O, komandanı Millətlər Liqasının pley-off mərhələsində Moldova ilə matçlara çıxaracaq. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusla eyni qrupda yer alacaq.

Qeyd edək ki, Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da baş tutacaq.
 

0