DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis FİFA-nın təklif etdiyi bu variantı dəstəkləməyib.
Onun fikrincə, bu baş verərsə, mundiala hörmət azalar: “Dünya çempionatının adı cazibədar səslənir. Hər dörd ildən bir oynanıldığı üçün bu müddət səbirsizliklə gözləməyə imkan verir. Əks təqdirdə cazibədarlığını, marağını, imicini və hörmətini itirəcək. Futbolçular robot deyillər, onlar da istirahət etməlidirlər. Mövcud sistemə toxunulmamalıdırlar. Futbol voleybol və basketbol deyil”.
Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqradda Azərbaycan millisini qəbul edəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər