Millimizin rəqibi darmadağın oldu
21.01.2022 - 17:29
Azərbaycan yığmasının Millətlər Liqasındakı mümkün rəqibi Moldova yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Antalyada baş tutan matçda moldovalıların rəqibi Cənubi Koreya olub.
Məhsuldar keçən görüşdə 4 qol vurulub. Koreyalılar hər hissədə iki qol vuraraq 4:0 hesablı darmadağına seviniblər.
Qeyd edək ki, Moldova – Qazaxıstan cütünün qalibi Millətlər Liqasında Azərbaycanla eyni qrupda oynayacaq.
0
0