Millimizin rəqibinə 3 oyunluq cəza
13.03.2020 - 10:22
“Monako”nun futbolçusu Stevan Yovetiç cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı forvardın Liqa1-in XXVIII turunda “Nitsa” ilə (1:2) qarşılaşmada qırmızı vərəqə almasıdır.
Yerli Nizam-İntizam Komitəsi monteneqrolu oyunçunu 3 oyunluq diskvalifikasiya edib. Bu isə o deməkdir ki, Yovetiç “Sent-Etyen”, “Lill” və “Nant”la qarşılaşmaları buraxacaq.
Qeyd edək ki, Yovetiçin formasını geyindiyi Monteneqro yığması UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alır.
0
0