Millimizin rəqibinin yolu bağlandı - SƏBƏB
18.03.2022 - 10:58
Millətlər Liqasının C liqasında qalmaq uğrunda pley-off matçında Moldova ilə görüşəcək Qazaxıstan millisi problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, buna Moldova üzərində hava məkanının bağlanması səbəb olub.
Bu gün təlim-məşq toplanışına start verən Qazaxıstan yığması bu üzdən də səfər matçına Rumıniyadan yollanacaq. Bu ölkəyə çarter reysi ilə uçacaq yığma oradan Kişinyova avtobusla getmək məcburiyyətində qalıb.
Qeyd edək ki, pley-offun Moldova – Qazaxıstan cütündə qalib gələn komanda növbəti mövsündə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0