Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanın növbəti mövsümü hansı klubda başlayacağı müəyyənləşib.
Apasport.az saytının “Eurosport”a istinadən məlumatına görə, 21 yaşlı forvard karyerasını İtaliyada davam etdirəcək.
Çünki gənc futbolçu “Napoli” ilə anlaşıb. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik səbəbindən “Rubin”dən ayrılaraq müvəqqəti olaraq Batumi “Dinamo”sunda çıxış etmək qərarına gələn Xviça “Napoli” ilə 5 illik müqaviləni razılaşdırıb. O, yayda “Toronto”ya keçəcək Lorenzo İnsinyeni əvəzləyəcək.
Qeyd edək ki, Xviça Kvaratsxeliya vaxtilə Azərbaycan millisinin formasını geyinmiş Badri Kvaratsxeliyanın oğludur.