Millimizin sabiq hücumçusunu "Qəbələ"yə buraxmadılar
12.02.2020 - 12:53
Millimizin sabiq hücumçusunu "Qəbələ"yə buraxmadılar

Azərbaycan millisinin sabiq hücumçusu Pərdis Fərcad-Azad karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxın olub.

Bunu apasport.az saytına açıqlamasında 32 yaşlı futbolçu özü deyib.

Onun sözlərinə görə, qış fasiləsində "Qəbələ"yə keçmək ehtimalı yaranıb. Lakin hazırkı klubu "Viktoriya Berlin" forvardı buraxmayıb: "Təklifim var idi. Bir menecer məni "Qəbələ"yə aparmaq istəyirdi. Sadəcə, alınmadı. Çünki "Viktoriya Berlin"lə yaya kimi müqaviləm var və onlar məni buraxmadılar".

Qeyd edək ki, Pərdis Fərcad-Azad karyerası ərzində ölkəmizdə "Sumqayıt", "Keşlə" və "Zirə" klublarının formasını geyinib.