Millini tərk etdi - pul qoyuluşlarına görə
14.10.2020 - 13:01
Millini tərk etdi - pul qoyuluşlarına görə

İngiltərə millisinin futbolçusu Kiran Tripyenin yığmanın düşərgəsini səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya “Atletiko”sunun müdafiəçisi pul qoyuluşları ilə bağlı məsələdə ittiham olunur.

Bu səbəbdən də Tripyeni 6 aylıq diskvalifikasiya gözləyir. Məsələ ondadır ki, 2019-cu ildə “Tottenhem”dən “Atletiko”ya keçən Kiran transferi barədə tanışlarını məlumatlandırıb.

Onlar da futbolçunun keçidinə böyük pul qoyuluşları edib. İngiltərə Futbol Assosiasiyası konfidensial məlumatı gizli saxlamalı olan futbolçunu cəzalandıra bilər.
 

0