Millinin futbolçusu əmisi oğlunu bıçaqladığını etiraf etdi
09.03.2022 - 15:13
Millinin futbolçusu əmisi oğlunu bıçaqladığını etiraf etdi

Niderland millisinin futbolçusu Kvinsi Promes həbs edilə bilər.

Apasport.az saytının məlumatına görə, Moskva “Spartak”ının yarımmüdafiəçisinin əmisi oğlunu bıçaqladığı ortaya çıxıb.

30 yaşlı oyunçunun atası, anası və bibisi ilə telefon danışıqları ortaya çıxıb. O, həmin danışıqlarda 2020-ci ildəki ailə ziyafəti zamanı əmisi oğluna bıçaq zərbəsi vurduğunu etiraf edib. Hadisə nəticəsində Kvinsinin yaxın qohumu dizindən xəsarət alıb.

Qeyd edək ki, Kvinsi Promes “Spartak”a ötən il “Ayaks”dan keçib.