Millinin futbolçusu üçün mövsüm bitdi
31.03.2022 - 17:28
Millinin futbolçusu üçün mövsüm bitdi

“Lester” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu yarımmüdafiəçi Vilfred Ndidinin xidmətindən məhrum qalıb.

Dizindən zədə alan Nigeriya millisinin üzvünün durumunun ciddi olduğu açıqlanıb. Həkimlərin müayinəsindən sonra 26 yaşlı oyunçunun mövsümü başa vurduğu bildirilib.

Qeyd edək ki, Vilfred Ndidi 2017-ci ildən “Lester”in formasını geyinir.