Millinin futbolçusundan 45 dəqiqədə üç avtoqol 
21.02.2022 - 18:03
Millinin futbolçusundan 45 dəqiqədə üç avtoqol 

Qadın futbolçular arasında “SheBelieves Cup” turnirində nadir hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, Yeni Zelandiya millisinin futbolçusu Maykala Mur qarşılaşmanın ilk 45 dəqiqəsində üç dəfə öz qapısına qol vurub.

O, ABŞ yığması ilə matçın 5-ci, 6-cı və 36-cı dəqiqələrində avtoqola üzülüb. 25 yaşlı futbolçu bir dəfə sol, bir dəfə sağ ayağı ilə, bir dəfə də başla topu öz qapısından keçirib.

Qeyd edək ki, bu oyunda ABŞ 5:0 hesablı qələbə qazandı.