Millinin qapıçısı Premyer Liqa yolunda - “Tottenhem”ə gedir
24.02.2022 - 09:59
Millinin qapıçısı Premyer Liqa yolunda - “Tottenhem”ə gedir

İspaniya millisinin qapıçısı Unay Simon karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Atletik”in qolkiperi “Tottenhem”in maraq dairəsinə düşüb.

Premyer Liqa təmsilçisi 24 yaşlı ispaniyalını Uqo Lorisin gələcək əvəzləyicisi kimi görür. Onun transfer qiyməti 25 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Simon cari mövsümdə 23 oyunda 19 top buraxıb.