"Keşlə"nin monteneqrolu futbolçusu Miyusko Boyoviçin apasport.az saytına müsahibəsi
- Fasilədən sonra ilk görüşünüz səfərdə "Qəbələ"yə qarşı oldu. 2:0 hesabı ilə qalib gəldiyiniz matçı necə dəyərləndirərdiniz?
- Qış fasiləsindən sonra keçirilən birinci oyun hər zaman çox çətindir. Çünki hər bir komandaya özünəinam lazımdır. Xüsusilə də "Keşlə"yə. Çünki böyük təzyiq altında oynayırıq. Ona görə ki, hazırda komandamız turnirdə cədvəlində yüksək pillələrdədir. Elə bütün bunlara görə "Qəbələ"yə qarşı oyunumuzun çətin keçəcəyini gözləyirdim. Belə də oldu. Xüsusən ikinci yarı ağır alındı. Çünki çıxışımız tam istədiyimiz kimi getmədi. Komanda olaraq üç xala tam layiq idik və bunu haqq etdik.
- "Qəbələ" üzərində ilk dövrədə də səfərdə qələbə qazanmışdınız. Son turlar onların uğurlu çıxışına baxmayaraq, yenə də siz üstün olduz. Demək olar ki, artıq "Qəbələ" "Keşlə"nin “abunəçisi”nə çevrilib?
- "Qəbələ" hər zaman bizimlə oyundan sonra yüksəlişdə olur. Bizə uduzduqdan sonra daha yaxşı çıxış edib, qələbələr qazanırlar. Hər bir komanda üçün "Qəbələ"ni udmaq problem olacaq. Xüsusən də səfərdə. Buna görə bu qələbəmizə sevinirəm.
- "Keşlə" hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hədəfiniz elə bu yerdir?
- "Keşlə" hazırda Avropaya gedəcək zonadadır. Mən çox istəyərdim ki, komandamız maya kimi bu pillədə qalsın. Bu bizim üçün vacibdir. Necə olacağını sonda görəcəyik. Amma biz də yüksəkdə olmaq istəyirik.
- Növbəti turdakı rəqibiniz "Səbail" olacaq. Necə düşünürsünüz, bu matçda da qalib gələ biləcəksiniz?
- Mövsümdə ilk dəfə doğma meydanımızda oynayacağıq. Stadionumuzun da açılışıdır. Ona görə də bizim üçün xüsusi görüş olacaq. Üç xal qazanmalıyıq. Lakin bu heç də asan olmayacaq. Digər oyunlar kimi çətin alınacaq. Bizim üçün "Qarabağ"a qarşı oyun da, "Səbail"ə qarşı matç da çətindir.
- Artıq yarım mövsümdür ki, Azərbaycan çempionatında oynayırsınız və futbolumuza az-çox bələdsiz. Tez-tez deyirlər ki, Premyer Liqada "Qarabağ"la rəqabət aparacaq komanda yoxdur. Siz də belə düşünürsünüz?
- Səviyyə haqda danışarıqsa, "Qarabağ"ın ən yaxşı oyunçulara sahibdir. Son 6 mövsümün çempionu onlardır. Özlərinə inanırlar. Əlbəttə ki, mövsüm ərzində "Qarabağ"a 1-2 və ya üç dəfə qalib gələ bilərsən. Amma bütün mövsümü - 26 oyunu nəzərə alsaq, onlar ən güclüdürlər.
- Sizcə, bu mövsüm "Qarabağ" çempion ola biləcək, yoxsa "Keşlə" və ya "Neftçi" onlara çətinlik yaşadacaq?
- Məncə, cari mövsümdə də "Qarabağ" çempion olacaq.
- "Uypeşt"in heyətində avrokuboklarda "Neftçi"yə qarşı oynamışdınız. Yəqin ki, həmin matçları xatırlayırsınız. Sizcə, həmin komanda güclü idi, yoxsa hazırkı?
- Onların da çox yaxşı futbolçuları var. Sadəcə “Neftçi” ötən mövsüm hansısa səhvə yol verib. Amma nə olduğunu bilmirəm. Məncə, onlar indi daha yaxşı təsir bağışlayır, nəyinki ötən mövsümki "Uypeşt"ə qarşı oyunda.
- Artıq cari mövsüm iki qol vurmusunuz. Karyeranızda bir ildə ən çox "Enosis Paralimni"nin (2015/2016) heyətində fərqlənmisiz? Həmin 4 top rekordunuzu "Keşlə"də yeniləmə mümkündür?
- Mən heç vaxt qol vurmaq barədə düşünmürəm. Əlbəttə ki, imkan varsa, bunu həyata keçirməyə çalışıram, istəyirəm. Amma mən müdafiədəki işlər haqda daha çox düşünürəm. Əgər arxa xəttdə işlər qaydasındadırsa, mən xoşbəxtəm. Bu mənim işimdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı