Modriçlə yeni müqavilə
11.01.2022 - 16:27
Luka Modriç “Real”la yeni müqavilənin şərtlərini razılaşdırıb.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi və İspaniya klubu arasında yeni anlaşma 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Modriç maaşının azalmasına da razılıq verib. O, indiki müqaviləsi ilə müqayisədə 10 faiz az qazanacaq. 37 yaşlı futbolçu ilə sözləşmə mövsüm başa çatdıqdan sonra rəsmiləşdiriləcək.
Qeyd edək ki, Luka cari mövsümün 20 matçında 5 assistə imza atıb.
0
0