Moratadan təklif: “Gözləyin, gəlirəm”
03.02.2022 - 22:23
İspaniya millisinin futbolçusu Alvaro Moratanın “Barselona”ya keçidi yaya qədər təxirə düşüb.
Apasport.az saytının məlumatına görə, hücumçunun özü kataloniyalılara təklif göndərib.
Alvaro onu yayda transfer etmələrini istəyib. “Barselona” bu keçidi qışda reallaşdırmaq istəsə də, futbolçunun müqavilə ilə məxsus olduğu “Atletiko”nun şərtləri ilə razılaşmayıb.
Bu üzdən klub rəhbərliyi Moratanın transferindən imtina etməli olub. Hücumçu yayda madridliləri razı sala biləcəyinə ümid edir.
Qeyd edək ki, Alvaro icarə əsasında “Yuventus”da oynayır.
0
0