Alvaro Morata “Yuventus”dan ayrılmaq istəmir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıtmaq niyyətində deyil.
Hazırda icarə əsasında Turin klubunda çıxış edən 30 yaşlı forvard “qoca sinyora”nın yayda onu birdəfəlik transfer edəcəyinə ümid edir: “Məndən olsa, karyeramın sonuna qədər “Yuventus”da qalmaq istəyirəm”.
Sözləşmədə satın alma məbləği 35 milyon avro nəzərdə tutulsa da, A seriyası təmsilçisi qiyməti 15-20 milyona endirməyə çalışır.
Qeyd edək ki, Alvaro Morata bu mövsüm Morata bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub, 6 assist edib.